2021-ci ilin yanvar-oktyabr aylarında informasiya və rabitə sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən göstərilmiş xidmətlərin dəyəri 1 milyard 901,6 milyon manat təşkil edib.
Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin aylıq göstəricilərində məlumat yer alıb.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 5,6 faiz çox olub.
Xidmətlərin 75,6 faizi əhali tərəfindən istehlak olunub. Xidmətlərdən əldə edilən gəlirin 42,6 faizi və ya 810,3 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.
Xatirə, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
14:04 / 19.11.2021
2 milyard manatlıq informasiya və rabitə xidməti göstərilib
Hazırda oxunan: 2 milyard manatlıq informasiya və rabitə xidməti göstərilib
Hazırda oxunan: 2 milyard manatlıq informasiya və rabitə xidməti göstərilib
46749
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.