İsrail müdafiə nazirinin evində çalışan şəxs İrana casusluq edib? – DETALLAR

İsrail müdafiə nazirinin evində çalışan şəxs İrana casusluq edib? – DETALLAR

Hazırda oxunan: İsrail müdafiə nazirinin evində çalışan şəxs İrana casusluq edib? – DETALLAR

46644

İsrailin müdafiə naziri Beni Qantsın evində işləyən şəxs İrana casusluq etməkdə şübhəli bilinərək həbs edilib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı İsrailin Baş Təhlükəsizlik Xidməti (ŞABAK) yayıb. 

Qeyd olunur ki, Baş Təhlükəsizlik Xidməti ilə İsrail Polisinin birgə tədbirləri çərçivəsində 2021-ci ilin noyabrında müdafiə nazirinin evində çalışan İsrail vətəndaşı Omri Goren dindirilmək üçün həbs edilib.
 

İlkin məlumatlara görə, Omri həbsindən bir neçə gün əvvəl öz təşəbbüsü ilə sosial şəbəkələrdən biri vasitəsilə İrana bağlı bir qurumla əlaqə saxlayıb və nazirin evində olduğunu deyərək müxtəlif yollarla kömək təklif edib.


Araşdırmaya görə, o, Qantsın kompüterlərinə zərərli proqramların quraşdırılması ideyasını irəli sürüb.

Niyyətinin ciddi olduğunu sübut etmək üçün şübhəli evdəki müxtəlif otaqların əşyalarının fotoşəkillərini göndərib.

ŞABAK vurğulayır ki, Omri Gorenin dövlət əhəmiyyətli məlumatlara çıxışı olmadığı üçün dövlət sirlərinə heç bir ziyan dəyməyib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO