Daşkəsəndə çobanı bıçaqlayan şəxsə hökm oxundu – Neçə il həbsdə qalacaq?

Daşkəsəndə çobanı bıçaqlayan şəxsə hökm oxundu – Neçə il həbsdə qalacaq?

Hazırda oxunan: Daşkəsəndə çobanı bıçaqlayan şəxsə hökm oxundu – Neçə il həbsdə qalacaq?

46601

Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Mübariz Novruzovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Bizim.Media xəbər verir ki, hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 3 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu ilin mart ayının 22-də Daşkəsən şəhəri, Nizami küçəsində qeydə alınıb.

Belə ki, Şəmkir rayon sakini, 1978-ci il təvəllüdlü M.Novruzov kirayədə qaldığı zirzəmidə Daşkəsən rayon sakini, 1964-cu il təvəllüdlü İqbal İsmayılovu bıçaqlayıb.

İttihama görə, hazırda rayon ərazisində çoban işləyən İ.İsmayılov daha əvvəl həmin zirzəmidə kirayədə qalıb. Hadisə günü o, zirzəmiyə gecələmək məqsədilə sərxoş vəziyyətdə gəlib. Lakin İ.İsmayılovla M.Novruzovun arasında mübahisə düşüb. Bu zaman sərxoş olan İ.İsmayılov M.Novruzova söyüş söyüb. Daha sonra M.Novruzov ona bir neçə bıçaq xəsarəti yetirib.

Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub. Polis əməkdaşları tərəfindən saxlanılan M.Novruzov barəsində həbs qətimkan tədbiri seçilib.

İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci il (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO