Bakıda gənc atalar və övladları üçün keçirilən festivaldan FOTOLAR

Bakıda gənc atalar və övladları üçün keçirilən festivaldan FOTOLAR

Hazırda oxunan: Bakıda gənc atalar və övladları üçün keçirilən festivaldan FOTOLAR

46595

“Övladım Üçün - Gənc ataların fəal və məsuliyyətli atalıq fəaliyyətinə cəlb edilməsi” layihəsi çərçivəsində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı ilə Bakı şəhərində 200-ə yaxın gənc ata və övladının iştirakı ilə festival həyata keçirilib.

Bizim.Media xəbər verir ki, noyabrın 14-də keçirilən festival müxtəlif hədiyyəli oyunlar, şoular, rəqslər, sehrbazlıq səhnəsi, musiqili proqram və bir-birindən maraqlı və əyləncəli yarışlarla yadda qalıb.

Festival çərçivəsində atalar öz övladları ilə birlikdə həmin yarışmalarda və uşaqların əylənə biləcəyi müxtəlif oyunlarda iştirak edərək hədiyyələr qazanıblar. 
 

Layihə çərçivəsində əvvəlcə Bakı, Gəncə, Şirvan şəhərlərində “Gənc ataların fəal və məsuliyyətli atalıq fəaliyyətinə cəlb edilməsi” mövzusunda təlimlər keçirilmiş və layihənin davamı olaraq müvafiq şəhərlərdə festivalların keçirilməsinə start verilmişdi.


Layihənin əsas məqsədi Azərbaycanda qızlara və qadınlara qarşı ayrı-seçkiliyi təbliğ edən sosial normaları aradan qaldıraraq kişiləri öz övladlarına qayğı və məsuliyyətlə yanaşmağa, həmçinin fəal və düzgün atalıq fəaliyyətinə cəlb edilməklə məsuliyyətli atalıq mövqeyi sərgiləməyə təşviq etməkdən ibarətdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO