Şəhid Orxan Cabbarovun dəfn mərasimi keçirilir - FOTO

Şəhid Orxan Cabbarovun dəfn mərasimi keçirilir - FOTO

Hazırda oxunan: Şəhid Orxan Cabbarovun dəfn mərasimi keçirilir - FOTO

46546

Noyabrın 16-da Azərbaycan-Ermənistan sərhədində erməni təxribatı nəticəsində şəhid olmuş Azərbaycan Milli Ordusunun giziri Orxan Cabbarovun nəşi Quba şəhərinin girəcəyində xüsusi izdihamla qarşılanıb.

Bizim.Media xəbər verir ki, rayon rəsmiləri, sakinlər, məktəblilər və gənclər, qazi və hərbçilər şəhidin cənazəsini ehtiramla qarşıladıqdan sonra maşın karvanı şəhidin doğulduğu Davudoba kəndinə istiqamət alıb.

Orxan Cabbarovu doğma kəndində həmyerliləri qarşılayıb.

Şəhid Orxan Cabbarov saat 12-də Quba şəhərindəki Şəhidlər Xiyabanında torpağa tapşırılacaq.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO