Qənirə Paşayevadan üç nazirliyə MÜRACİƏT – “Xahiş edirəm ki...”

Qənirə Paşayevadan üç nazirliyə MÜRACİƏT – “Xahiş edirəm ki...”

Hazırda oxunan: Qənirə Paşayevadan üç nazirliyə MÜRACİƏT – “Xahiş edirəm ki...”

46424

“Görmə əngəlli insanlar Universitetin Alman dilini, tarix fakültəsini bitirir, iş tapmır. Daha sonra gedib masajçı peşəsini öyrənir ki, çörək pulu qazana bilsin”.

Bizim.Media xəbər verir ki, bu fikirlərlə Milli Məclisin payız sessiyasının bu gün keçirilən iclasında “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşunda deputat Qənirə Paşayeva deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Qənirə Paşayeva Tibbi Sığortadan gileyləndi: “İşə yaramırlar”


Xanım deputat görmə əngəlli insanların çalışması üçün xüsusi şəraitin yaradılması üçün nazirliklərə də müraciət edib.

“Mən Təhsil Nazirliyinə müraciət edirəm ki, bu insanlara müəllimlik imtahanlarında xüsusi imkanlar yaratsınlar. Bir də onlar xahiş edirlər ki, onların təyinatlarını uzaq yerlərə yox, yaşayış yerlərinə yaxın olan təhsil ocaqlarına olsun. Təhsil nazirliyi Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi ilə birgə iş görsünlər”.

Q.Paşayeva həmçinin Rabitə Nazirliyinə də müraciət edib.

“Bu görmə əngəlli insanlar rabitə sahəsində də çox gözəl işlər görə bilər. Onlar Telefon qovşaqlarında müştərilərlə ünsiyyətdə ola bilərlər, mobil operator kimi çalışa bilərlər. Mən xahiş edirəm nazirliklər bu məsələyə baxılsın və bu insanlara lazimi köməkliklər göstərilsin”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO