2-ci Qaregin Paşinyanı istefaya çağırdı

2-ci Qaregin Paşinyanı istefaya çağırdı

Hazırda oxunan: 2-ci Qaregin Paşinyanı istefaya çağırdı

4638

Bütün ermənilərin katolikosu II Qaregin Ermənistanın baş naziri Nikol Paşinyanı istefaya çağırıb.

Bizim.Media erməni mətbuatına istinadla xəbər verir ki, bununla bağlı katolikos videomüraciət edib.

“Müharibə bəlasından sonra biz çətin, ağrılı günlər, narahatlıq, həyəcan yaşayırıq. Minlərlə qəhrəman oğullarımızın ölümü, tarixi “Artsax”ın (Qarabağ-red) əhəmiyyətli bir hissəsinin itirilməsi, müharibənin fəlakətli nəticələri və xarici təhlükənin artması ruhumuzu sarsıtdı, Ermənistanda və diasporada həmrəyliyi və milli birliyi pozdu.

Yaranan çətin vəziyyət və dərin daxili siyasi böhran ölkəmizi yeni çağırışlar qarşısında qoydu və ən ciddi təhdidlərin təcili olaraq aradan qaldırılması üçün həyati ehtiyac yaratdı”, - bütün ermənilərin katolikosunun mesajında vurğulanıb.

II Qaregin vəziyyətin hər gün pisləşməsi ilə əlaqədar olaraq, erməni Apostol kilsəsinin yepiskopları, Ali Ruhani Şura üzvləri ilə müzakirələrin aparıldığını qeyd edib. Ermənistan prezidenti, parlamentin sədri, müxtəlif ictimai, siyasi və milli təşkilatların nümayəndələri ilə də görüşlər keçirib.

“Nikol Paşinyanla görüşdük. Getdikcə dərinləşən daxili siyasi gərginlik və baş nazirə inamın azlığı ilə əlaqədar olaraq, daxili təlatümlərin və mümkün toqquşmaların, onların faciəli nəticələrin qarşısını almaq üçün onu baş nazir vəzifəsindən istefa verməyə çağırdıq”.

Bütün ermənilərin katolikosu parlamenti siyasi qüvvələrlə əməkdaşlıq edərək, konstitusiyaya uyğun yeni baş naziri seçməyə, keçid hökuməti qurmağa, daha sonra təcili parlament seçkiləri keçirməyə səsləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO