DÇ-2022: Türkiyə pley-offda bu ölkələrdən biri ilə qarşılaşacaq

DÇ-2022: Türkiyə pley-offda bu ölkələrdən biri ilə qarşılaşacaq

Hazırda oxunan: DÇ-2022: Türkiyə pley-offda bu ölkələrdən biri ilə qarşılaşacaq

46359

2022-ci il dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsinin püşkatmasının səbətləri müəyyənləşib.

Bizim.Media xəbər verir ki, 10 qrup ikinciləri arasında ən yaxşı göstəriciyə malik 6 komanda səpələnmişlər səbətində yer alacaq. Bu kollektivlər pley-off matçlarına ev sahibliyi edəcəklər.

Digər 4 qrup ikincisi və Millətlər Liqasından gələn 2 yığma isə səpələnməmişlər sırasında olacaq. Yeri gəlmişkən, Türkiyə millisi səpələnmədiyindən matçlarını səfərdə keçirəcək.

Pley-off iştirakçısı olan 12 komanda üç "dördlük" təşkil edəcək. Yarımfinal və final görüşlərindən sonra dünya çempionatına yollanacaq daha 3 yığma bəlli olacaq.

Qeyd edək ki, pley-off mərhələsinin püşkatması noyabrın 26-da, oyunları isə 2022-ci il 24-25 və 28-29 martda baş tutacaq.

Səpələnmişlər: Portuqaliya, Şotlandiya, İtaliya, Rusiya, İsveç, Uels

Səpələnməmişlər: Türkiyə, Polşa, Şimali Makedoniya, Finlandiya, Avstriya, Çexiya.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO