Azərbaycanda internetin sürəti DƏYİŞDİ: 1 pillə irəli, 5 pillə geri 

Azərbaycanda internetin sürəti DƏYİŞDİ: 1 pillə irəli, 5 pillə geri 

Hazırda oxunan: Azərbaycanda internetin sürəti DƏYİŞDİ: 1 pillə irəli, 5 pillə geri 

46199

Bu ilin oktyabr ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə dünya ölkələri arasında 1 pillə irəliləyərək 123-cü yerdə (181 ölkə arasında) qərarlaşıb.

Bizim.Media xəbər verir ki, bu barədə məlumat “Speedtest Global Index”in hesabatında yer alıb.

Bildirilib ki, ötən ay ölkədə sabit genişzolaqlı internetin orta sürəti 15,48 MB/S olub.

Mobil internetin sürətinə görə 5 pillə geriləyən ölkəmiz 29,61 MB/S sürətlə 61-ci pillədə qərarlaşıb.

Sabit genişzolaqlı internetin sürətinə görə birinci yerdə Sinqapur (181,11 MB/S), mobil operatorlarla bağlı siyahıda isə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) (130,19 MB/S) qərarlaşır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO