İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 5 əməkdaşı İranın Kürdüstan vilayətinin Bicar-Divəndərə avtomobil yolunda baş verən qəzada həyatını itirib.
Bizim.Media "Azad İran" Teleqram kanalına istinadən xəbər verir ki, qəza bazar günü, noyabrın 14-də səhər saat 09:00-da Bicar-Divəndərə yolunda, Bicarın Hesar Sefid kəndi yaxınlığında baş verib və hadisə zamanı avtomobildə olan 5 nəfər yerindəcə dünyasını dəyişib.
İranın Kürdüstan vilayətinin SEPAH-ın “Beytul-Müqəddəs” Korpusunun komandiri hadisə ilə bağlı başsağlığı verərək, onları sözügedən hərbi birləşmənin əməkdaşları olduqlarını bildirib.
General Seyid Sadiq Hüseyni başsağlığı müraciətində ölənlərin SEPAH-ın Aerokosmik Qüvvələrinin “Bane” şəhərində yerləşən bazasının işçiləri olduğunu qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:02 / 15.11.2021
SEPAH-ın 5 zabiti yol qəzasında öldü
Hazırda oxunan: SEPAH-ın 5 zabiti yol qəzasında öldü
Hazırda oxunan: SEPAH-ın 5 zabiti yol qəzasında öldü
46084
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.