DÇ-2022: Xorvatiya mundialda, Rusiya və Şimali Makedoniya pley-off-a yüksəldi

DÇ-2022: Xorvatiya mundialda, Rusiya və Şimali Makedoniya pley-off-a yüksəldi

Hazırda oxunan: DÇ-2022: Xorvatiya mundialda, Rusiya və Şimali Makedoniya pley-off-a yüksəldi

45988

2022-ci il dünya çempionatının seçmə mərhələsində daha bir qrup üzrə mübarizəyə yekun vurulub.

Bizim.Media-nın məlumatına görə, J qrupundakı qarşılaşmaların yekununda pley-off-a vəsiqənin sahibinə də aydınlıq gəlib. 

Şimali Makedoniya yığması İslandiya üzərində 3:1 hesablı qələbə sayəsində 18 xalla qrupda 2-ci yeri tutub.

Rumıniya səfərdə Lixtenşteyni 2:0 hesabı ilə yenərək, 17 xalla 3-cü, öz meydanında Almaniyaya 1:4 hesabı ilə uduzan Ermənistan isə 12 xalla 4-cü yeri tutub.

Qeyd edək ki, daha əvvəl Almaniya millisi qrup qalibi kimi DÇ-2022-yə birbaşa vəsiqəyə yiyələnib.

*** 20:54

2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində X tura start verilib.

Bizim.Media-nın məlumatına görə, H qrupunun 3 qarşılaşması artıq yekunlaşıb.

Qrupun əsas görüşü Splitdə Xorvatiya və Rusiya komandaları arasında olub. Rəqibinə minimal hesabla qalib gələn meydan sahibləri final mərhələsinə vəsiqəni təmin edib.

Görüşdə yeganə qolu 81-ci dəqiqədə qonaqların müdafiəçisi Fyodor Kudryaşov öz qapısına vurub. Rusiya seçməsi isə mübarizəni pley-offda davam etdirəcək.

Qrupun digər matçlarında Slovakiya səfərdə Maltanı darmadağın edib - 6:0, Sloveniya isə evdə Kipri üstələyib - 2:1.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO