"Buğda tayası" 61 milyon manata satıldı - FOTO

Hazırda oxunan: "Buğda tayası" 61 milyon manata satıldı - FOTO

45973

Dünyaca məşhur hollandiyalı rəssam Vinsent Van Qoqun "Buğda tayası" adlı əsəri rekord qiymətə satılıb.

Bizim.Media xəbər verir ki, "Christies" hərrac evində satışa çıxarılan əsər 35,9 milyon dollar (təxminən 61 milyon manat) qarşılığında yeni sahibinə verilib. 

1888-ci ildə çəkilən rəsm əsəri proqnozlaşdırılan qiymətdən 6 milyon dollar daha baha qiymətə satılıb.

Qeyd edək ki, "Buğda tayası" İkinci Dünya müharibəsi zamanı alman nasistləri tərəfindən ələ keçirilmişdi.

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO