Paşinyana verilən vaxt BİTİR – Ermənistanda nə baş verir? - FOTO

Paşinyana verilən vaxt BİTİR – Ermənistanda nə baş verir? - FOTO

Hazırda oxunan: Paşinyana verilən vaxt BİTİR – Ermənistanda nə baş verir? - FOTO

4589

Bu gün saat 12.00-da Ermənistan müxalifətinin baş nazir Nikol Paşinyana istefaya getməsi üçün verdikləri müddət bitir.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı “Sputnik Armenia” nəşri yayıb. Parlamentdən kənar qüvvələr isə təyin etdikləri son tarixə - 8 dekabr saat 12:00-a qədər Baş nazir Nikol Paşinyan istefasını elan etməyəcəyinə əmindirlər.

Verilən məlumata görə, 16 müxalif partiya ultimatumun bitməsindən dərhal sonra böyük aksiyaya başlayacaqlar.

Qəzet müxalifətin günorta saat 12-dən başlayaraq, İrəvan və müxtəlif bölgələrdə küçələri bağlamaq niyyətində olduğunu yazır:

"Əldə etdiyimiz məlumata görə, bu, müxalifətin əsas planıdır. Lakin baş naziri istefaya məcbur etmək üçün onların ölkə rəhbərliyinə digər təsir mexanizmləri də hazırlanır".

Xatırladaq ki, 5 dekabr keçirilən mitinqdə müxalifət Baş nazir Nikol Paşinyan və komandasına 8 dekabr saat 12.00-a qədər istefa getmək üçün vaxt verib. Paşinyan və komandası göstərilən vaxtda istefaya getmədiyi təqdirdə, müxalifət nümayəndələri Ermənistanda böyük bir aksiyaya başlayacaqları haqqında xəbərdarlıq edib.

Qeyd edək ki, müxalifət baş nazir postuna Vazgen Manukyanı namizəd göstərib.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO