Millimizin seçmə mərhələdəki rəqibləri bəlli oldu - DÇ-2022

Millimizin seçmə mərhələdəki rəqibləri bəlli oldu - DÇ-2022

Hazırda oxunan: Millimizin seçmə mərhələdəki rəqibləri bəlli oldu - DÇ-2022

4568

Bu gün 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin püşkü atılıb.

Bizim.Media xəbər verir ki, İsveçrənin Sürix şəhərində təşkil olunan tədbirdə qrupların tərkibi müəyyənləşib. Azərbaycan millisi 5 komandalı A qrupuna düşüb. Rəqiblər Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburq olub.

A qrupu: Portuqaliya, Serbiya, İrlandiya, Lüksemburq, Azərbaycan

B qrupu: İspaniya, İsveç, Yunanıstan, Gürcüstan, Kosovo

C qrupu: İtaliya, İsveçrə, Şimali İrlandiya, Bolqarıstan

D qrupu: Fransa, Ukrayna, Finlandiya, Bosniya və Herseqovina,

E qrupu: Belçika, Uels, Çexiya, Belarus,

F qrupu: Danimarka, Avstriya, Şotlandiya, İsrail,

G qrupu: Niderland, Türkiyə, Norveç, Monteneqro,

H qrupu: Xorvatiya, Slovakiya, Rusiya, Sloveniya,

I qrupu: İngiltərə, Polşa, Macarıstan, Albaniya,

J qrupu: Almaniya, Rumıniya, İslandiya, Şimali Makedoniya,

Qrup qalibi olan 10 yığma DÇ-2022-yə birbaşa vəsiqə qazanacaq, ikinci yerin sahibləri isə pley-offda iştirak edəcəklər. Komandalar qruplarında ev və səfərdə olmaqla, bir-biriləri ilə iki dəfə qarşılaşacaqlar. Bu görüşlər 2021-ci ilin mart - noyabr aylarında keçiriləcək.

Qruplarını lider kimi tamamlayan 10 komanda DÇ-2022-yə birbaşa qatılacaq. Qrup ikinciləri olan 10 yığma ilə UEFA Millətlər Liqasından gələcək iki milli komanda isə pley-off matçlarına çıxaraq dünya çempionatına vəsiqə üçün mübarizə aparacaq.

Bir matçlıq sistemlə oynanılacaq 12 komandalı pley-off matçlarının ardından dünya çempionatına qatılacaq digər 3 ölkə də bəlli olacaq. (Report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO