Qubada 25 yaşlı gənc intihar etdi

Qubada 25 yaşlı gənc intihar etdi

Hazırda oxunan: Qubada 25 yaşlı gənc intihar etdi

0:00
0:00
45669

Qubanın Küsnət Qazma kəndində  yerləşən "Şah əsəri" restoranında intihar hadisəsi qeydə alınıb.

Bizim.Media xəbər verir ki, həmin restoranda kassir işləyən Xaçmaz rayonunun Gəncəli kənd sakini, 25 yaşlı Səbuhi İlqar oğlu Həsənov özünü restoranın ayaqyolunda iplə asaraq intihar edib. 

Hadisə yerində rayon prokurorluğunun və polis şöbəsinin əməkdaşları işləyib. Mərhumun meyiti tibbi ekspertiza edilib.

Səbuhi Həsənovun restoranda işçilər üçün nəzərdə tutulan kotejdə yaşadığı bildirilir. Quba rayon prokurorluğunda  fakta görə araşdırma başlanılıb.

25 yaşlı Səbuhi Həsənovun özünü hansı səbəbdən öldürməsi hələ məlum deyil. Mərhum subay olub.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO