Bakıda kirayə mənzillərin qiyməti ucuzlaşdı - HESABAT

Bakıda kirayə mənzillərin qiyməti ucuzlaşdı - HESABAT

Hazırda oxunan: Bakıda kirayə mənzillərin qiyməti ucuzlaşdı - HESABAT

45626

Bakıda mənzillərin, fərdi yaşayış və bağ evlərinin kirayə qiymətləri azalıb.

Bizim.Media xəbər verir ki, oktyabr ayı ərzində kirayə qiymətləri aşağı olub.

Belə ki, oktyabr ayında paytaxt üzrə kirayə mənzillərin orta qiyməti 791 manata bərabər olub. Əvvəlki ayla (sentyabr) qiymətlərdə 9,8 faiz, ötən ilin eyni dövrü ilə müqayisə isə 0,1 faiz azalma qeydə alınıb.
 

MÖVZU İLƏ BAĞLI:

Dövlət xətti ilə kirayə verilən mənzillərin sayı açıqlandı


Mənzillərin hər kvadrat metrinə görə orta qiymət 7,9 manatı təşkil edib. Bu qiymətlərdə aylıq müqayisədə 11,8 faiz, illik müqayisədə isə 4,7 faiz azalma müşahidə olunub.

Paytaxtda aşağı dəyərli mənzillər 417 manatdan, orta dəyərli mənzillər 729 manatdan, yüksək dəyərli mənzillər isə ortalama 1 473 manatdan kirayə verilir.
 

Oktyabr ayında fərdi yaşayış və bağ evlərinin kvadratmetrinə görə qiyməti 6,7 manat olub. Ay ərzində qiymətlər 1,9 faiz, il ərzində isə 9,1 faiz azalıb.


Bakıda fərdi evlərin ortalama aylıq kirayəsi 1 597 manatı təşkil edib. 

Paytaxtda yüksək dəyərli fərdi evlər 3 351 manatdan, orta dəyərli fərdi evlər 705 manatdan, aşağı dəyərli fərdi evlər isə ortalama 307 manatdan kirayə verilib.

Qeyd edək ki, bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti hesabat yayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO