Ömər aşırımı qar və buzdan belə təmizlənir - VİDEO

Ömər aşırımı qar və buzdan belə təmizlənir - VİDEO

Hazırda oxunan: Ömər aşırımı qar və buzdan belə təmizlənir - VİDEO

45568

Toğanalı-Kəlbəcər avtomobil yolunun Murovdağ silsiləsindən keçən hissəsində (Ömər aşırımı) hərəkətin təhlükəsizliyini təmin etmək məqsədi ilə yolun qardan və buzdan təmizlənməsi istiqamətində mütamadi olaraq fasiləsiz işlər aparılır.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, yolun təmizlənməsinə ümumilikdə 12 maşın-mexanizm və texnika cəlb edilib. 

Maşın-mexanizm və texnikaların Ömər aşırımında fasiləsiz xidmətini təşkil etmək, o cümlədən duz-qum ehtiyatının saxlanılması məqsədi ilə qayalıq ərazidə 40 metr uzunluğunda tunel-ambar tikilib, işçilərin isinməsi və istirahəti üçün xüsusi xidməti sahə yaradılıb.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO