Qadınlar niyə xəyanət edir? – SƏBƏBLƏRİ Samirə Bağırova danışır

Qadınlar niyə xəyanət edir? – SƏBƏBLƏRİ Samirə Bağırova danışır

Hazırda oxunan: Qadınlar niyə xəyanət edir? – SƏBƏBLƏRİ Samirə Bağırova danışır

45557

Son vaxtlar qadınların xəyanətləri barədə tirajlanan xəbərlər bir növ həm xarici, həm də yerli mətbu orqanlarının trendinə çevrilib. Bəzi psixoloqlar düşünür ki, qadın xəyanətlərin artmasının başlıca səbəbi ağır sosial durumdur. Xarici mütəxəssislər isə düşünür ki, xəyanətə meyilli olan qadınları bir neçə kateqoriyaya bölürlər. Onların fikrincə, burada daha çox xarakterdə rol oynayır.

Məsələn onlar 3 qadın tipini xəyanətə daha çox meyilli olduğunu deyirlər.

1.Hər zaman özünü ərindən yüksəkdə tutan, bütün günü gözəlliyinə aludə olan, geyim mağazalarından çıxmayan qadınlar daima ideal kişi axtarışında olurlar. Onların fikrincə, belə qadınlar, özlərinə ideal kişi tapmayınca rahatlıq tapa bilmirlər.

2. Daima macəra və yeni hisslər axtaran qadınlar da xəyanətə daha meyilli olurlar.

3. Son kateqoriyalara mütəxəssislər mülayim xasiyyətli, heç kəsə yox deyə bilməyən qadınları aid edirlər.

Kolumbiya Universitetinin tərkibində fəaliyyət göstərən psixoloji mərkəzin hesabatında belə deyilir.

Bəs, görəsən həqiqətənmi qadın xəyanətinin onun xasiyyəti ilə hansısa bir əlaqəsi varmı?
 

MÖVZU İLƏ BAĞLI:

Ən qısqanc QADINLAR kimlərdir? – Bəs KİŞİLƏR... 


Məsələ ilə bağlı Bizim.Media-ya danışan psixoloq Samirə Bağırova bildirib ki, qadın xəyanətində ən böyük günahkar kişilərdir.

“Demək olar ki, qadın xəyanətinin 90%-i kişidən qaynaqlanır. O, ailədə diqqət, qayğı və sevgi görməyəndə, özünü sübut etmək üçün xəyanətə əl atır. Başqa bir səbəb isə qadının müəyyən yaş həddinə çatdıqda, düşünəndə ki, “artıq yaşlanmışam, mənə heç bir kişi baxmayacaq” başlayır özünə olan diqqəti başqalarına sübut etməyə. Əksər hallarda da bu xəyanətə yol açır”.

Psixoloq qeyd edir ki, xəyanət edən qadın ilk etapda çox vaxt aldatdığına görə, dərin depresiya yaşayır. O, hər dəfə etdiyi hərəkətə görə peşmançılıq hissi duymağa başlayır.

“Ona görə, mən hər zaman deyirəm ki, qadının qulağı boş qalmamalıdır. Qadın daima kişi diqqətini hiss etməlidir. Bir qadın xəyanətə gedəndə onu dəqiq düşünüb gedir. Ancaq kişilərdə bu fərqlidir, onlar anidən buna qərar verib edə bilərlər”.

Psixoloq xəyanətin başqa səbəblərindən də söz açıb. O, doyumsuzluq sindromu haqqında da məlumat verib.
 

“Çox tez-tez partnyor dəyişən insan da doyumsuzluq sindromu yaranır. Onlar ya özlərini tapmağa çalışır ya da realizə etmək istədikləri hisslərini, duyğularını yaşaya bilmədiyi üçün xəyanətə gedir. Bu da xəyanətə aparan yolda bir səbəb olur”.


Sonda Samirə Bağırova deyib ki, heç vaxt bir ürəkdə iki sevgi olmur. Onun sözlərinə görə, bəzən ehtiras hissi sevgi ilə qarışıq salınır.

“Məsələn tez-tez verilən suallardan biri də budur ki, bir insan iki nəfəri sevə bilərmi? Qeyd edim ki, istər kişi, istərsə də qadın olsun bir ürəkdə iki sevgi olmur. Burada mütləq birinə doğmalıq və sevgi yəni, mənəvi, digərinə isə ehtiras və şəhvət yəni, fiziki duyğular olur. Həmin insan bir nəfərdə tapa bilmədiyi boşluğu digəri ilə doldurur”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO