Mahmud Əhmədinejad Əli Xameneini

Mahmud Əhmədinejad Əli Xameneini "Şeytan" adlandırdı - VİDEO

Hazırda oxunan: Mahmud Əhmədinejad Əli Xameneini "Şeytan" adlandırdı - VİDEO

45535

"Çox vaxt şeytan insan cildində insanlar arasına gələ bilər. O, zahirdə insan olsa da, daxilinə baxdıqda onun əslində şeytan olduğunu görürük".

Bizim.Media "Azad İran" Teleqram kanalına istinadən xəbər verir ki, bu sözləri İranın keçmiş prezidenti Mahmud Əhmədinejad kinayəli çıxışında Ali Dini Lider Əli Xameneini nəzərdə tutaraq deyib.

O, sözlərinə belə davam edib:

"Xalqın yoxsul vəziyyətdə yaşamasına razı olanlar (İran hökuməti), indi sizdən soruşuram, insandırlar yoxsa şeytan?! Onlar az qalırlar ki, "biz Allahın nümayəndəsiyik" desinlər. Yüz  dəfə deyək, Allah şeytana lənət etsin, Allah onu yox etsin, Allah bütün şeytanlara lənət etsin!".

"Allah insanları yaradıb ki, biri digərinə tabeçilik göstərsin? Yox, Allah insanları tək-tək azad yaradıb. Əslində insanın digər məxluqlardan fərqi elə bundadır ki, insan ixtiyar sahibidir", - deyə o, fikirlərini yekunlaşdırıb.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO