COVİD-19 Şaxta Babaları məhdudlaşdıracaq

COVİD-19 Şaxta Babaları məhdudlaşdıracaq

Hazırda oxunan: COVİD-19 Şaxta Babaları məhdudlaşdıracaq

4553

Bu il pandemiya səbəbi ilə demək olar ki, həyat dayandı. Bir çox tədbirlərin, bayramların keçirilməsi baş tutmadı. Hazırda qarşıdan yeni il gəlir. Ölkəmizdə yeni ilin keçirilməsi ilə bağlı qərar hələ operativ qərərgahdan açıqlanmayıb. Şaxta babanın vətəni Laplandiya isə Yeni ili koronavirusdan xilas etməyə çalşır. 

Laplandiyadakı Santaklaus evinin direktoru Sanna Karkainen bu il Yeni il təbdirlərinin ləğv edilmədiyini və keçiriləcəyini bildirib. İlk növbədə koronavirusa yoluxma təhlükəsini minimum səviyyəyə çatdırmaq üçün  bir sıra tədbirlər görülür.

Əgər siz Laplandiyaya getmək istəyirsizsə Covid19 üçün test verməlisiniz. Testiniz pozitiv çıxarsa təssüff ki, bu mümkün deyil. Evdə qalıb müalicə almağınız mütləqdir. Əgər testinizin nəticəsi neqativ çıxarsa onda sizi Laplandiyada nağıl kimi bir yeni il gözləyir. Lakin 72 saat Laplandiyada qala bilərsiniz. Daha çox qalmaq istədəyiniz halda yenidən koronavirus testi verməlisiniz. Sizin səyahətiniz bu testin nəticələrinə uyğun olaraq dəyişə bilər.

Sanna Karkainnen bu ilin digər illərdən daha fərlqi olacağını bildirib. Hamının maskadan istifadə etməsi şərtdir. Sosial məsafə də mütləq qorunacaq. Santaklausun emalatxanasını ziyarət edən səyahətçilər minimum az insandan təşkil edilmiş qruplara bölünəcəklər. 

Laplandiyada bir çox tədbirlər açıq havada keçiriləcək. Bu isə koronavirus riskini bir az daha azaldır. Həmçinin üç günlük səyahət zamanı qütb işıqlarını da seyr etməyiniz üçün imkanlar yaradılacaq. 

Laplandiya xəstəxanasında da səyahətçilərin sağlamlığı ilə bağlı hər hansı problem çıxarsa tibbi yardım göstərmək üçün tədbirlər görülüb.

Yeni ili harda keçirməyimizdən asılı olmayaraq ümid edirik ki, bu il sağlıqlı və əmin-amanlıq içərisində keçər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO