PSJ-dən Ronaldo ilə bağlı sürpriz HƏMLƏ

PSJ-dən Ronaldo ilə bağlı sürpriz HƏMLƏ

Hazırda oxunan: PSJ-dən Ronaldo ilə bağlı sürpriz HƏMLƏ

45507

Fransanın PSJ klubu “Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldonu heyətə qata bilər.

Bizim.Media-nın məlumatına görə, Mançester təmsilçisi çempionatı ilk “dördlük”də bitirib Çempionlar Liqasına vəsiqə qazanmasa, o zaman portuqaliyalı superulduz klubdan ayrılacaq.

Paris təmsilçisi 36 yaşlı forvardla danışıq aparmağa hazırdır. Hətta keçidi müzakirə etmək üçün CR7-nin meneceri ilə əlaqə də saxlayıblar.

Qeyd edək ki, 11 turdan sonra aktivində 17 xal olan “Mançester Yunayted” turnir cədvəlinin 6-cı pilləsində qərarlaşır. 

PSJ yayda Lionel Messini transfer etməklə diqqət çəkmişdi. Klubun heyətində Neymar, Serxio Ramos, Mbappe kimi ulduz futbolçular çıxış edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO