“Kukuruznik”lər Vətən müharibəsində: Düşmən “yem”i belə udur – VİDEO

“Kukuruznik”lər Vətən müharibəsində: Düşmən “yem”i belə udur – VİDEO

Hazırda oxunan: “Kukuruznik”lər Vətən müharibəsində: Düşmən “yem”i belə udur – VİDEO

45413

Azərbaycanın Vətən müharibəsində SSRİ dövründən qalma çoxsaylı AN-2 (“Kukuruznik”) təyyarələrini pilotsuz uçan təyyarələrə çevirərək onları döyüş meydanına buraxması ilə bağlı kadrlar yayımlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) hazırladığı “Əsrə bərabər il” adlı sənədli filmində bu barədə bəhs edilib.

Kadrlardan görünür ki, “Kukuruznik”lər içində pilot olarkən havaya qaldırılır.

Bir müddət sonra, “Kukuruznik”in düşmənin hava hücumundan müdafiə sahəsinə girişi ərəfəsində pilot paraşütlə tullanır.

Düşmən isə həmin təyyarəni qırıcı hesab edərək vurur, yəni “yem”i udur. Bununla da Azərbaycan Ordusu “Kukuruznik” taktikasından istifadə etməklə düşmənin S-300 komplekslərinin və digər hava hücumundan müdafiə sistemlərinin yerləşmə rayonlarını müəyyənləşdirib. Daha sonra onları zərərsizləşdirib.

Sənədli filmdən sözügedən kadrları təqdim edirik:

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO