Baş Prokurorluq saxta diplomlarla bağlı vətəndaşlara müraciət edib.
Bizim.Media xəbər verir ki, bu barədə Prokurorluğun “Facebook” səhifəsində video paylaşılıb.
Qeyd olunub ki, Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən vətəndaşları narahat edən məsələlərlə bağlı maarifləndirici videoçarxlar hazırlanaraq #maariflənək həştəqi altında ictimaiyyətə təqdim olunacaq.
Bu kateqoriyadan olan ilk video saxta diplomlarla bağlıdır.
Sözügedən materialı təqdim edirik:
Bizim.Media