İlon Mask 2 günə 50 milyard dollar itirdi – Səbəb verdiyi bu sual oldu

İlon Mask 2 günə 50 milyard dollar itirdi – Səbəb verdiyi bu sual oldu

Hazırda oxunan: İlon Mask 2 günə 50 milyard dollar itirdi – Səbəb verdiyi bu sual oldu

0:00
0:00
45363

Amerikalı iş adamı İlon Mask sahibi olduğu "Tesla" şirkətinin səhmlərinin ucuzlaşması səbəbindən iki günə 50 milyard dollardan çox vəsait itirib.

Bizim.Media "Bloomberg"ə istinadən xəbər verir ki, elektromobil istehsalçısının səhmləri şənbə günü Maskın "Twitter" istifadəçilərinə şirkətdəki 10%-lik payının satılması ilə bağlı verdiyi sualdan sonra ucuzlaşmağa başlayıb.

Çərşənbə axşamı Nyu-York birjasında ticarətin bağlanışınadək "Tesla"nın səhmləri 16%-dən çox ucuzlaşıb.

İki gün ərzində planetin ən zəngin adamı 50 milyard dollardan çox vəsait itirib. Maskın sərvətinin ümumi məbləği göstərilmir, lakin onun dünyanın ən zəngin iş adamları siyahısında ikinci yerdə qərarlaşan "Amazon"un təsisçisi Cef Bezosdan fərqinin 83 milyard dollar azaldığı deyilir. 

Bazar ertəsi "Bloomberg" Maskın sərvətini 323 milyard dollar, Bezosun sərvətini isə 201 milyard dollar səviyyəsində qiymətləndirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO