Azərbaycanda sərnişindaşıma xidmətində mövcud olan problemlər saymaqla qurtarmır. Elə bu sahədə fəaliyyət göstərən qurum, agentliklərin sayı kimi...
Baxmayaraq ki, ölkədə sərnişindaşımaya nəzarət yeraltı, yerüstü, Bakı şəhəri üzrə, rayonlararası və s. kimi çoxsaylı qurumların nəzarətindədir, nəticə eynidir.
İstənilən nəqliyyat vasitəsində sıxlıq problemi davam edir və xidmət aşağı səviyyədədir;
Nəqliyyat vasitələrinin yetərli sayda olmaması səbəbindən sərnişinlər saatlarla yollarda qalır;
Xüsuslə yerüstü nəqliyyat vasitəsitələrinin yenilənmə prosesi ləng edir, narahat, köhnə, çirkli avtobuslar XXI əsrin 20-ci illərində də sərnişin daşımaqdadır və s...
MÖVZU İLƏ BAĞLI:
Sərnişindaşımada COVID pasportlarının olmasına necə nəzarət olunacaq? – RƏSMİ CAVAB
Bəs, sərnişindaşıma sahəsində qurumların mərkəzləşdirilməsi vəziyyətdən çıxış yolu hesab oluna bilərmi?
Bizim.Media mövzunu yol nəqliyyatı üzrə ekspert Elməddin Muradlı ilə müzakirə edib.
O, Azərbaycanda bu sahədə mərkəzi idarəetmənin yaradılmasını zəruri olduğunu deyub:
“Təcrübə göstərir ki, Azərbaycanda sərnişin daşınması vahid mərkəzdən idarəolunmalıdır. İndi hər bir qurumun rəhbəri hesab edir ki, ən yaxşı ideya onunkudur. Bir-birlərini bəyənmirlər, bütün bunun nəticəsində isə vətəndaş əziyyət çəkir. Nəqliyyat dinamik sahədir və bu dinamikliyi təmin etmək üçün mütləq effektiv fəaliyyət göstərmək lazımdır. Burada hansısa məmurun marağı rol oynamamalıdır”.
Ekspert hesab edir ki, sərnişindaşıma xidmətində mərkəzləşdirilmə qurumlar ləğv edilmədən də həyata keçirilə bilər:
“Sadəcə rəhbərlikdə eyni adamlar oturacaqsa, eyni sistem qalacaqsa, mən əminəm ki, effektiv nəticə olmayacaq. Köklü islahat aparılmalı, vahid bir rəhbərlik olmalıdır. Digərləri isə tabeli qurum kimi fəaliyyət göstərə bilər”.
Elməddin Muradlının sözlərinə görə, sistem elə yaradılmalıdır ki, bu istiqamətdə lüzumsuz xərclərin aradan qalxmasına xidmət etsin:
“Sərnişindaşıma sahəsini belə bir duruma bənzətmək olar. Hardasa kanalizasiya xəttində nasazlıq yaranır, görürsən ki, bir briqada onu təmir etmək üçün gəlib. Baxırsan ki, 2 nəfər kanalizasiya quyusunda işləyir, 10 nəfər isə göstəriş verir. Əgər çuxurda 2 nəfər işləyirsə, bu qədər müdir, müavin nəyə lazımdır?”
Xatirə Nəsirli, Bizim.Media