İranda 5 milyon şagird təhsilini yarımçıq qoyub - Təhsil Nazirliyindən həyəcan SİQNALI

İranda 5 milyon şagird təhsilini yarımçıq qoyub - Təhsil Nazirliyindən həyəcan SİQNALI

Hazırda oxunan: İranda 5 milyon şagird təhsilini yarımçıq qoyub - Təhsil Nazirliyindən həyəcan SİQNALI

45247

Təhsil naziri vəzifəsini müvəqqəti icra edən Əlirza Kazımikoronavirusun yayılmasından sonra İranda 1 milyona yaxın şagirdin təhsilini yarımçıq qoyması ilə bağlı xəbər verdikdən bir gün sonra "Cəhan-e Sənət" qəzeti əslində bu rəqəmin daha çox olduğu, hətta 5 milyonu keçəcəyi barədə məlumat dərc edib.

Bizim.Media "Azad İran" Teleqram kanalına istinadən xəbər verir ki, Əlirza Kazımi Tehranda keçirilən konfransda 210 min şagirdin ibtidai təhsilini, 760 min şagirdin isə orta təhsilini yarımçıq qoyması və bunun ciddi bir təhlükə olması ilə bağlı xəbərdarlıq edib.
 

"Cəhan-e Sənət" qəzeti isə ölkədə təhsil məsələləri üzrə mütəxəssis İbrahim Səhərxizə istinadən yazıb: "İranda uzaqdan təhsil imkanları olmayan şagirdlərin sayı 3.5 milyondur. Ancaq ölkədə əyani təhsil sistemi başlayana qədər təsilini yarımçıq qoyan şagirdlərin sayı 5 milyonu keçəcək".


Səhərxiz, habelə nazirlik tərəfindən qeyd olunan bu rəqəmin dəqiq olmadığını və nazirliyin bu rəqəmləri haradan əldə etdiyni soruşaraq vurğulayıb:

"Əgər bu meyar "Şad" şəbəkəsində şagirdlərin davamiyyət göstəricisinə aiddirsə, bu rəqəmlər dəqiq deyil. Çünki bir çox valideynlər övladlarının yerinə "Şad" şəbəkəsinə qoşularaq övladlarını işləməyə göndərirlər".

Xatırladaq ki, İranda şagirdlər koronavirusa görə 2019-cu ildən bəri təhsillərini "Şad" şəbəkəsi (distant təhsil) vasitəsi ilə evlərindən dərslərə qoşularaq davam etdirirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO