Tbilisi səması Azərbaycan bayrağına büründü - FOTO

Tbilisi səması Azərbaycan bayrağına büründü - FOTO

Hazırda oxunan: Tbilisi səması Azərbaycan bayrağına büründü - FOTO

45203

Gürcüstan paytaxtı Tbilisidə Azərbaycanın Zəfər Gününə həsr olunan fləşmob keçirilib.

Bizim.Media xəbər verir ki, Tbilisinin mərkəzi Rike parkda “Air Baloon Tbilisi” adlı böyük hava şarı Azərbaycan bayrağı və Zəfər rəmzimiz - Xarı bülbülün təsvirləri ilə işıqlandırılıb.

Parkdakı “Sülh körpüsü”nün yanında Azərbaycan musiqisi səsləndirilib. Parka toplaşanlar Azərbaycan mahnılarına rəqs edib, birgə mahnılar ifa ediblər.
 

Bu gün, eyni zamanda, şəhərin “Sülh körpü”sündən başlayaraq Azərbaycan bayraqları ilə bəzədilmiş üç gəzinti qayığı Tbilisinin mərkəzində, Kür çayı boyunca hərəkət edib.


Azərbaycanın Gürcüstandakı Səfirliyinin binasının yerləşdiyi əraziyə yaxınlaşan katerlərdən bayrağımızın rənglərində olan 600 ədəd şar havaya buraxılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO