Türkiyə Superliqası:

Türkiyə Superliqası: "Qalatasaray" və "Fənərbağça" xal itirdi

Hazırda oxunan: Türkiyə Superliqası: "Qalatasaray" və "Fənərbağça" xal itirdi

45091

Noyabrın 7-də futbol üzrə Türkiyə çempionatının XII turu çərçivəsində keçirilən qarşılaşmada “Fənərbağça" doğma meydanda “Kayserispor”u qəbul edib.

Bizim.Media xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə qalib müəyyənləşməyib - 2:2.

Günün digər matçlarında isə "Qalatasaray" səfərdə "Fatih Karagümük"lə 1:1 hesablı heç-heçə edib. "Konyaspor" isə səfərdə "Göztəpə"nin qapısından iki cavabsız top keçirib.

"Adana Dəmirspor" isə öz meydanında "Hatayspor"u minimal hesabla məğlub edib - 1:0.

Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 30 xalla "Trabzonspor" başçılıq edir. Ondan yeddi xal geri qalan "Hatayspor" ikinci, onunla eyni xala malik olan "Konyaspor" isə üçüncü pillələrdə qərarlaşıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO