Azərbaycanlılar Ermənistanla sülh sazişinin imzalanmasına inanırmı? – Respondentlərin CAVABI

Azərbaycanlılar Ermənistanla sülh sazişinin imzalanmasına inanırmı? – Respondentlərin CAVABI

Hazırda oxunan: Azərbaycanlılar Ermənistanla sülh sazişinin imzalanmasına inanırmı? – Respondentlərin CAVABI

44991

Ermənistanın 10 noyabr tarixli Birgə Bəyanatın bəndlərinin yerinə yetirməməsi ilə zaman-zaman gündəmə gələn yenidən müharibə ehtimalını 25.5% respondent istisna etməyib. Bunun əksinə olaraq, əhalinin böyük hissəsi (70.2%) Ermənistanla Azərbaycan arasında hərbi münaqişənin yenidən alovlanmayacağını düşünür. 

Bizim.Media xəbər verir ki, bu fikirlər Sosial Tədqiqatlar Mərkəzinin 24 oktyabr-5 noyabr 2021-ci il tarixlərində ölkə əhalisi arasında keçirdiyi telefon sorğusunda yer alıb.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan əhalisinin neçə faizi özünü qalib ölkənin vətəndaşı hesab edir? - SORĞU


Mənbə yazır ki, yaxın gələcəkdə Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına 54,4% (28.1% “tamamilə inanıram”, 26.3% “qismən inanıram) respondent bu və ya digər dərəcədə inanır.  Hər dörd respondentdən birinin  (27.0%) yekun sülh sazişinin yaxın gələcəkdə imzalanmasına heç inamı yoxdur. 15.0%-in isə bu barədə  ümumiyyətlə hər hansı məlumatı yoxdur. 

Ərazi bütövlüyümüzün bərpa edilməsi ilə bölgədə təhlükəsizlik məsələlərinə ictimai rəy sorğusunun nəticələrinə nəzərə yetirdikdə, respondentlərin mütləq əksəriyyəti bölgənin təhlükəsizliyindən müxtəlif dərəcələrdə razıdır.
 

Mühüm bir hissə, respondentlərin əksəriyyəti (75.3%) bölgənin təhlükəsizliyi ilə bağlı tam razılığını ifadə edib. Respondentlərin 15.3%-i bölgənin təhlükəsizliyindən qismən razı olsuğunu bildirib. 


Rəyi soruşulanların mütləq əksəriyyəti qələbədən sonra ölkədəki vəziyyətlə gözləntilərinin özünü doğrultduğunu bildirmişdir.

Belə ki, respondentlərin 73.0%-i qələbədən sonra ölkədəki vəziyyətlə bağlı gözləntilərinin özünü tam doğrultduğunu, 18.7% isə qismən doğrultduğunu deyib. 8.3% isə gözləntilərinin heç birinin reallaşmadığını bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO