Əli Əliyev niyə saxlanılıb? - Səbəbi özü açıqladı

Əli Əliyev niyə saxlanılıb? - Səbəbi özü açıqladı

Hazırda oxunan: Əli Əliyev niyə saxlanılıb? - Səbəbi özü açıqladı

44965

Vətəndaş İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev bu gün saxlanılıb, daha sonra isə sərbəst buraxılıb.

Bizim.Media xəbər verir ki, o, “Xural TV”nin canlı yayımında saxlanılması ilə bağlı danışıb.

“Cinayət işinin təfərrüatı ilə bağlı idi. Hələlik detallarını deyə bilmərik, yəqin ki, ictimailəşəcək. Araşdırma başlayıb, o araşdırmanın detalları soruşulurdu. Mən şahid qismində danışmışam”, - partiya sədri qeyd edib.

O, “qara maskalılar” tərəfindən saxlanılması ilə bağlı sualı da cavablandırıb:

“Qara maskalılar olmayıb. Mən binada olanda ancaq sayğılı münasibət görmüşəm. Özləri də deyiblər ki, sizi ziyalı kimi qəbul edirik. Dəvət olunmağımın səbəbi kimi yalnız aparılan cinayət işinin təfərrüatının aydınlaşdırılması göstərilib. Mən də o barədə bildiklərimin hamısını demişəm”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO