Bakıda taksi sürücüsü adı ilə narkokuryerlik edənlər saxlanıldı - VİDEO

Bakıda taksi sürücüsü adı ilə narkokuryerlik edənlər saxlanıldı - VİDEO

Hazırda oxunan: Bakıda taksi sürücüsü adı ilə narkokuryerlik edənlər saxlanıldı - VİDEO

44786

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinə Xəzər rayon sakinləri Əliheydər Əşrəfov və Rəşad Dadaşovun diqqət cəlb etməmək üçün taksi fəaliyyəti görüntüsü yaradaraq əslində paytaxt ərazisində narkotik vasitələrin satışını həyata keçirdikləri barədə əməliyyat məlumatı daxil olub.

Daxili İşlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, həyata keçirilən tədbir nəticəsində hər iki şəxs saxlanılaraq Baş İdarəyə gətirilib.
 

Rəşad Dadaşovun idarə etdiyi avtomobilə baxş zamanı Əliheydər Əşrəfova məxsus ümumi çəkisi 5 kiloqram 15 qram, o cümlədən, 1 kiloqram 220 qram marixuana, 1 kiloqram 730 qram həşiş qətranı və 2 kiloqram 65 qram tiryək aşkar olunaraq götürülüb.


Araşdırma zamanı müəyyən edilib ki, Əliheydər Əşrəfov və Rəşad Dadaşov narkotik vasitə aludəçisidirlər.

Onlar sosial şəbəkələrdə tanış olduqları və xarici ölkədən Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitələr göndərən narkotacirin narkokuryerlik təklifi ilə razılaşaraq bu işlə məşul olublar.

Əvəzində isə hər iki şəxs maddi vəsait, eləcə də pulsuz narkotik vasitə əldə ediblər

Aşkar edilən faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, onların ətraflarında istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO