Bu il Azərbaycanda 5 214 hektar ərazində şəkər çuğunduru əkilib.
Bizim.Media bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, avqust ayından bu günə qədər 4 250 hektar sahədə məhsul yığımı başa çatıb və 147 453 ton şəkər çuğunduru tədarük edilib.
Orta məhsuldarlıq göstəricisi 34,7 t/ha, şəkərlilik göstəricisi 14,65 % təşkil edib.
Yığım prosesi tam başa çatdıqdan sonra ümumi istehsalın 182 000 ton təşkil edəcəyi gözlənilir.
Bizim.Media