İstilik qiymətlərində artım olacaq? - RƏSMİ

İstilik qiymətlərində artım olacaq? - RƏSMİ

Hazırda oxunan: İstilik qiymətlərində artım olacaq? - RƏSMİ

0:00
0:00
44441

İstilik mövsümünün başlaması ilə əlaqədar istilik qiymətlərində dəyişiklik edilib-edilməyəcəyi məsələsinə aydınlıq gətirilib.

Bizim.Media xəbər verir ki, “Azəristiliktəchizat”ın şöbə rəisi Rafiq Əliyev istilik qiymətlərinin artırılmasının nəzərdə tutulmadığını deyib.

O bu barədə Trend-ə açıqlamasında məlumat verib.

Hazırda əhali qrupu üzrə 1 kvadratmetr yaşayış sahəsi üzrə aylıq tarif 15 qəpik, qeyri-əhali qrupu üzrə 1 kub isidilən həcm üçün aylıq 25 qəpik, 1 qiqakalori üçün isə 30 manatdır.

Qeyd edək ki, dağlıq və dağətəyi rayonlarda noyabrın 1-dən istilik mövsümü başlayıb. Digər rayonlarda və Bakıda isə istilik noyabrın 15-dən veriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO