Bu ilin sentyabr ayında neçə rusiyalı Azərbaycana gəlib? - STATİSTİKA

Bu ilin sentyabr ayında neçə rusiyalı Azərbaycana gəlib? - STATİSTİKA

Hazırda oxunan: Bu ilin sentyabr ayında neçə rusiyalı Azərbaycana gəlib? - STATİSTİKA

44431

Pandemiya ilə bağlı məhdudiyyətlərə baxmayaraq cari ilin təkcə sentyabr ayında 18 mindən çox rusiyalı Azərbaycana səfər edib.

Bizim.Media xəbər verir ki, bu barədə Həştərxan vilayəti hakimiyyət orqanlarının portalı məlumat verib. 

Bildirilir ki, Azərbaycan rusiyalı turistlərin həvəslə ziyarət etdiyi ölkədir. Bu ilin təkcə sentyabr ayında 18 mindən çox rusiyalı Azərbaycana səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 65 faiz çoxdur.


Yaxın vaxtlarda Bakıda Həştərxan İşgüzar Mərkəzinin açılışı da gözlənilir. Həştərxan Beynəlxalq Əlaqələr Agentliyinin rəhbəri Vladimir Qolovkov bu barədə məlumat verib.


O qeyd edib ki, bu, Rusiyanın Həştərxan vilayəti ilə Azərbaycan arasında turizmin inkişafına təkan verəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO