"Bolt" və “Wolt" çantalarında gəzdirilən TƏHLÜKƏ - Velokuryerlərin baqajları niyə YOXLANMIR?

Hazırda oxunan: "Bolt" və “Wolt" çantalarında gəzdirilən TƏHLÜKƏ - Velokuryerlərin baqajları niyə YOXLANMIR?

44340

Son illər Azərbaycanda onlayn çatdırılma xidməti sürətlənib. Xüsusən, pandemiya dönəmində bu xidmət dəb halını aldı və hazırda tələbat sürətlə artıb. Müştərilərin sifarişləri kuryer xidməti vasitəsi ilə çoxalmağa başlayıb. Çatdırılma xidmətlərində kifayət sayda yerli və xarici şirkətlərin fəaliyyətindən istifadə olunur. 

Son vaxtlar "Bolt Food" və “Wolt" çatdırılma xidmətindən yararlananların sayı çoxalsa da, küçələrdə velokuryer və yüngül motosikletlə həyata keçirilən bu xidmətlərin əksəriyyətinin qanunazidd fəaliyyət göstərdikləri iddia olunur.

Binalara sifarişlə çatdırılma xidməti göstərən velokuryerlərin demək olar ki, heç birinin baqajları yoxlanmır.
 

Bu mənada sifarişçi və ya digər vətəndaşların təhlükəsizliyi ilə bağlı narahatlıq yaranıb.


İddialara görə xidmət zamanı narkotika, oğurluq  və bu kimi başqa formalardan istifadə olunur. Bu isə xoşagəlməyən olayların baş verməsinə şərait yaradır. Hətta məşhur brendlərin uniformalarından istifadə edərək narkotik maddə daşınması kimi halların olduğu deyilir. 

Maraqlıdır, aidiyyəti qurumlar çatdırılma xidmətindəki təhlükəsizliyi necə qoruyur? Xidmət sahibləri bağlı hər hansı qanunazidd fakt aşkarlanıbmı?

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Bizim.Media-ya açıqlamasında deyib ki, sözügedən bütün çatdırılma xidmətləri ilə bağlı bütün zəruri tədbirlər nəzarətdə saxlanılır:

“Onların hansısa formada narkotik, oğurluq və digər hadisələrdə iştirakı ilə bağlı hazırda konkret fakt yoxdur. Daxil olan bütün müraciətlər üzrə araşdırılıb. Əgər kimsə onların fəaliyyəti ilə bağlı hüquqazidd hal müşahidə edibsə, bu barədə polis orqanlarına məlumat vermələri tövsiyə olunur”. 

Alçina Amilqızı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO