Gömrükdən onlarla telefon keçirmək istədi, “qırmızı kanal”da yaxalandı

Gömrükdən onlarla telefon keçirmək istədi, “qırmızı kanal”da yaxalandı

Hazırda oxunan: Gömrükdən onlarla telefon keçirmək istədi, “qırmızı kanal”da yaxalandı

44252

Gömrük nəzarətindən gizlədilən mobil telefonlar aşkarlanıb.

Bizim.Media xəbər verir ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı “yaşıl kanal” vasitəsilə gömrük nəzarət zonasını tərk etmək istəyərkən saxlanılıb və “qırmız kanal”a yönləndirilib.

Vətəndaşa məxsus çantalara rentgen qurğusu vasitəsilə baxış zamanı monitorda mobil telefonlara məxsus təsvirlərin əks olunduğu müəyyənləşdirilib.
 

Çantalara baxış zamanı qutusuz və aksesuarsız vəziyyətdə 3 ədəd “Samsung S21”, 21 ədəd “iPhone 12 Pro”, 3 ədəd “iPhone 12 Pro Max”, 3 ədəd “iPhone 13”, 17 ədəd “iPhone 13 Pro” markalı mobil telefonlar aşkarlanıb.


Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO