Bizim.Media dünən ölkəmizdə və dünyada baş verən hadisələrin qısa xronikasını sizə təqdim edir:
- İmişlidə zorlanan 11 yaşlı qızın anası ilə bağlı şok detallar üzə çıxıb.
- Ərdoğanla Bayden bu gün görüşəcək – Görüşün saatı açıqlandı
- Hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının namizədi Kaxa Kaladze 55,6 faiz səs toplayaraq yenidən Tbilisinin meri seçilib.
- Nikol Paşinyan: “Dağlıq Qarabağın statusu məsələsi yoxdur”.
- Komando kursunu bitirən hərbi qulluqçularımız vətənə qayıtdı
- Ərdoğanın Baydenlə 20 dəqiqə planlanan görüşü 1 saatdan çox çəkdi
- Azərbaycanlı əsirlərin 1994-cü ildə İrəvandakı xəstəxanalardan birində öldürülməsi ilə bağlı faktlar yayımlanıb.
- Türkiyə əsgəri İraqın şimalındakı Hakurk bölgəsində həlak olub.
- Ölkəmizdə səfərdə olan Braziliya Milli Konqresi Senatının Braziliya-Azərbaycan parlamentlərarası əməkdaşlıq üzrə dostluq qrupunun rəhbəri Antonio Anastasiya oktyabrın 31-də Gəncə şəhərinə səfər edib.
- “Ermənistan uşaq qatilidir, bunu bütün dünya bilməlidir” – Fulya Öztürk
- Gürcüstanın müxalifət partiyalarının Tbilisidə parlament binasının qarşısında təşkil etdiyi etiraz aksiyası yekunlaşıb.
- Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Angela Merkellə görüşüb.
Bizim.Media