İlham Zəkiyev gözlərini itirən qazi ilə görüşdü - FOTOLAR 

İlham Zəkiyev gözlərini itirən qazi ilə görüşdü - FOTOLAR 

Hazırda oxunan: İlham Zəkiyev gözlərini itirən qazi ilə görüşdü - FOTOLAR 

4402

Azərbaycan paralimpiya cüdoçusu, ikiqat Paralimpiya Oyunları çempionu, ikiqat dünya çempionu və yeddiqat Avropa çempionu, Azərbaycanın Əməkdar İdman Ustası, Qarabağ müharibəsi əlili və qazisi İlham Zəkiyev Vətən müharibəsi qazisi İsmayıl Hüseynovla görüşüb.
Bizim.Media xəbər verir ki, görüş qazinin Cəlilabad şəhərindəki evində baş tutub.

İ.Zəkiyev qazinin sağlamlığı ilə maraqlanıb və ona şəfalar arzulayıb.

Qeyd edək ki, İ.Hüseynov Vətən müharibəsinin ilk günlərindən könüllü kimi döyüşlərə qatılıb və oktyabrın 20-də yaralanaraq hər iki gözünü itirib. 1999-cu ildə cəbhə bölgəsində İlham Zəkiyev də snayperlə başından vurulduqdan sonra görmə qabiliyyətini itirib. (Report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO