Azərbaycanlı “Tank” rəqibini 45 saniyəyə məğlub etdi - VİDEO

Azərbaycanlı “Tank” rəqibini 45 saniyəyə məğlub etdi - VİDEO

Hazırda oxunan: Azərbaycanlı “Tank” rəqibini 45 saniyəyə məğlub etdi - VİDEO

43966

“Tank” ləqəbli azərbaycanlı MMA idmançısı Tahir Abdullayev növbəti qələbəsini qazanıb.

Bizim.Media xəbər verir ki, o, BƏƏ-nin paytaxtı Əbu Dabidə keçirilən “UAE Warriors-24” turnirində Polşadan olan Daniel Skibinski ilə qarşılaşıb.

Tahir 12 döyüşdür ki, rəqiblərinə qalib gələn polyak idmançını 45 saniyəyə yerə yıxıb. Bundan sonra hakim “Ciu Citsu Arena”da keçirilən görüşü idmançımızın xeyrinə saxlamalı olub.

Bununla da Daniel Skibinski karyerasında 6-cı məğlubiyyətlə üzləşib.

Qeyd edək ki, bu, 24 yaşlı Tahir Abdullayevin ümumilikdə 12-ci, ardıcıl 5-ci qələbəsi olub. O, karyerasında cəmi 1 dəfə məğlub olub.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO