Ağ Ev İrana yeni sanksiyalar tətbiq etdi – TEHRANDAN REAKSİYA

Ağ Ev İrana yeni sanksiyalar tətbiq etdi – TEHRANDAN REAKSİYA

Hazırda oxunan: Ağ Ev İrana yeni sanksiyalar tətbiq etdi – TEHRANDAN REAKSİYA

0:00
0:00
43929

ABŞ-ın İran şirkətlərinə və ayrı-ayrı şəxslərinə qarşı yeni sanksiyaları Ağ Evin mövqeyinin “uyğunsuzluğundan” xəbər verir. 

Bizim.Media-ın məlumatına görə, bunu İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə deyib.

Xətibzadə Vaşinqtonun İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) pilotsuz uçuş aparatlarının (PUA) yaradılması proqramını məhdudlaşdırmaq cəhdlərini pisləyib.

Diplomatın sözlərinə görə, atılan addımlar “ABŞ-ın keçmiş prezidenti Donald Trampın uğursuz siyasətinin davamıdır və məhvə məhkumdur”.
 

Xətibzadə bildirib ki, Tehranla nüvə sazişinin şərtlərinə qayıtmağa hazır olduğunu bəyan edən, lakin eyni zamanda Trampın izinə düşən Ağ Ev administrasiyası inandırıcı görsənmir.


Bundan əvvəl ABŞ Xəzinədarlığı bildirmişdi ki, Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) İranın PUA proqramı ilə əlaqəli bir qrup fiziki və hüquqi şəxsini sanksiyalar siyahısına daxil edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO