Noyabrda doğulan uşaqlar niyə enerjili olur? – 11-ci ay haqqında 11 FAKT

Noyabrda doğulan uşaqlar niyə enerjili olur? – 11-ci ay haqqında 11 FAKT

Hazırda oxunan: Noyabrda doğulan uşaqlar niyə enerjili olur? – 11-ci ay haqqında 11 FAKT

43914

Bizim.Media noyabr ayı haqqında maraqlı faktları təqdim edir:

1. Müasir təqvimdə noyabr ilin 11-ci ayıdır. 1700-ci ilə qədər Çar Rusiyasında noyabr 3-cü ay hesab olunurdu. Qədim romalılarda noyabr 9-cu ay olub. Ayın adı da elə bundan götürülüb – “novem” doqquz deməkdir. 

2. Noyabr həftəsinin ilk günü martın birinci günü ilə həmişə üst-üstə düşür. 

3. Noyabr ayı kimi avqust da həftənin həmin günündə yekunlaşır. 

4. Şimal qütbündə noyabr payızın sonuncu ayıdır. 

5. Cənub qütbündə isə noyabrda bahar fəsli yekunlaşır. 

6. Noyabrda doğulan uşaqlar böyük uğurlara imza ata bilərlər. Bu onunla izah olunur ki, ananın hamiləlik dövrünün çox günəşli havalara təsadüf edir. Nəticədə orqanizm böyük həcmdə D vitamini qəbul edir. Bu səbəbdən uşaqlar sağlam və enerjili doğulurlar. 

7. Noyabrda ad günün qeyd edənlər arasında solaxay çoxdur. 

8. Lakin noyabr ayını ən depressiyalı 30 gün də adlandırırlar. Hətta Qədim Romada payızın bu kəsiyində əyləncələr təşkil olunurdu ki, insanlar özünə qapanmasın. 

9. Noyabr ayı ilə bağlı inanclar da mövcuddur. Əgər kənd yerlərində noyabrda çöl dovşanları görünürsə, insanlar bunu havaların şaxtalı, soyuq keçəcəyinə yozurlar. 

10. Noyabr 30 gün olan sonuncu aydır. 

11. Bu ayın daşı topazdır (qiymətli daş). Bu daş güc və qeyrət rəmzi sayılır.

Növbəti yazıda noyabr ayında Azərbaycanda baş verən ən önəmli hadisələri diqqətinizə çatdıracağıq. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO