Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 33 sahibkarlıq subyektinə 33 investisiya təşviqi sənədi, 139 sahibkarlıq subyektinə isə 437 təsdiqedici sənəd verilib.
Bizim.Media bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
İnvestisiya təşviqi sənədi təqdim edilmiş layihələrin reallaşması nəticəsində yerli istehsala 170 milyon manata yaxın investisiya yatırılması, 1 500-ə qədər yeni iş yerinin açılması gözlənilir.
Təqdim edilmiş investisiya təşviqi sənədlərinin 63,7 %-i (21 investisiya təşviqi sənədi, 120,2 milyon manat investisiya) sənaye, 30,3%-i (10 investisiya təşviqi sənədi, 37,8 milyon manat investisiya) kənd təsərrüfatı, 3%-i (1 investisiya təşviqi sənədi, 5,2 milyon manat investisiya) turizm, 3%-i (1 investisiya təşviqi sənədi, 1,7 milyon manat investisiya) isə logistika sahəsini əhatə edir.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
15:18 / 29.10.2021
Azərbaycanda 9 ayda 33 investisiya təşviqi sənədi verilib
Hazırda oxunan: Azərbaycanda 9 ayda 33 investisiya təşviqi sənədi verilib
Hazırda oxunan: Azərbaycanda 9 ayda 33 investisiya təşviqi sənədi verilib
43821
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.