İran hakerləri İsrail əsgərlərinin gizli məlumatlarını ələ keçirdi

İran hakerləri İsrail əsgərlərinin gizli məlumatlarını ələ keçirdi

Hazırda oxunan: İran hakerləri İsrail əsgərlərinin gizli məlumatlarını ələ keçirdi

43673

İsrail ordusunun yüzlərlə əsgərinin telefon nömrəsi, email adresi, şəxsi bilgiləri, habelə, psixoloji durumları və maliyyə vəziyyətləri yazılmış bilgilər hakerlər tərəfindən ələ keçirilib. 

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı İsrailin "Vaynet" qəzeti yayıb.

Mənbə yazır ki, bu məlumatlar iranlı hakerlər tərəfindən oğurlanıb. 

"Moses Staff" adlı haker qrupu tərəfindən Beni Qantzın şəkli ilə bərabər təhdid dolu bir mesaj da nəşr edilib. 

Mesajda deyilir: "Biz sizin aldığınız hər bir qərardan xəbərdarıq və elə o andaca sizə hücum edə bilərik. Biz İsrail Müdafiə Nazirliyinin gizli sənədlərini, o cümlədən hərbi əməliyyat xəritələrini və nizami bilgiləri əldə etmişik və sizin bu cinayət sənədlərinizi bütün dünyaya təqdim edəcəyik". 

Haker qrupunun İsrail əsgərlərinə aid bu məlumatları bəzi Telegram kanallarında və "Darnet"də yayımladığı deyilir.

Əsgərlərlə bağlı məlumatlarda onların hansı alaya aid olması, hərbi rütbəsi, vəzifəsi və yazışmaları yer alıb. 

Habelə, hakerlər "biz sizin cinayətlərinizi açmağa davam edəcəyik, işinizin sonuna az qalıb" yazıblar. 

Xatırladaq ki, bənzər hücum 2020-ci ildə Şirbit Sığorta Şirkətinə qarşı da olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO