Gömrükdə 18 kq-dan çox qızıl-zinyət əşyaları müsadirə edildi

Gömrükdə 18 kq-dan çox qızıl-zinyət əşyaları müsadirə edildi

Hazırda oxunan: Gömrükdə 18 kq-dan çox qızıl-zinyət əşyaları müsadirə edildi

43602

Azərbaycan gömrükçüləri külli miqdarda zərgərlik məmulatlarının gömrük sərhədindən bəyan etməməklə və gömrük nəzarətindən gizlətməklə keçirilməsinə cəhdin qarşısını alıblar. 

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

Məlumata görə, Komitənin Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında, ölkəyə Gürcüstandan "çipsi" yükü gətirən "Mercedes-Benz" markalı avtomobil "Qırmızı Körpü" gömrük postuna daxil olub və yük nəqliyyat vasitəsinə rentgen qurğusu ilə baxış zamanı avtomobilin arxa təkərlərinin arasında yerləşən hava balonunda şübhəli cizgilər qeydə alınıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Gömrükdə 135 cinayət xarakterli fakt aşkarlandı


Nəqliyyat vasitəsinin alt hissəsinə baxış zamanı isə hava balonunda əlavə bağlamaların da gizlədildiyi məlum olub. 

Daha sonra bağlamalara baxış zamanı onların içərisində xeyli miqdarda qızıl-zinət əşyası - 761 ədəd qolbaq, 754 ədəd boyunbağı, 783 cüt sırğa, 118 ədəd kulon, 198 dəst boyunbağı-kulon, 7 dəst qolbaq-boyunbağı, 11 dəst kulon-üzük-sırğa, 11 dəst üzük-sırğa, 3 dəst üzük-qolbaq, 5 dəst üzük-boyunbağı-sırğa, 2 dəst boyunbağı-bilərzik-üzük-sırğa, 8 ədəd tək sırğa və 14 qram boyunbağı aşkarlanıb. 

Aşkarlanan zərgərlik məmulatlarının ümumi çəkisinin 18 kiloqram 172 qram olduğu müəyyən edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO