Erməni deputatlar BAĞLI QAPILAR arxasında – Nə baş verir?

Erməni deputatlar BAĞLI QAPILAR arxasında – Nə baş verir?

Hazırda oxunan: Erməni deputatlar BAĞLI QAPILAR arxasında – Nə baş verir?

43530

Son dönəmlər Ermənistan gündəmində əsas müzakirə obyektinə çevirlən mövzu üçtərəfli danışıqların növbəti və həlledici raundunun növbəti ayın ilk ongünlüyündə start götürəcəyidir. Belə ki yayılan xəbərlərdə 10 noyabrda imzalanan üçtərəfli bəyanatdan sonra həllini gözləyən iki vacib məsələdə son nəticənin əldə olunacağı bildirilir.

Həmin iki məsələ kimi isə sərhədlərin delimitasiyası və regionda kommunikasiyaların açılması göstərilir.

Doğrudur sözügedən mövzuda, xüsusilə də Azərbaycan, Ermənistan və Rusiya dövlət başçılarının Moskva görüşü ilə bağlı hələlik rəsmi açıqlama olmasa da, məsələ İrəvanda böyük əks-səda doğurmağı bacarıb. Xüsusilə də, Paşinyan hökumətinə müxalif mövqedən çıxış edən “Hayastan” və “Mənim şərəfim var” blokunun deputatları çıxışları zamanı məsələnin müzakirəsini sərt şəkildə tələb edirdilər.
 

MÖVZU İLƏ BAĞLI:

Zəngəzur dəhlizinə aparan yollar sürətlə tikilir – Kimlər faydalanacaq? - Millət vəkilindən VİDEO CAVAB


Bundan əlavə müxalifət liderlərinin də sərhədlərin delimitasiyası və bölgədə kommunikasiyaların bərpasına münasibəti heç də iqtidarla eynilik təşkil etmir. Təsadüfi deyil ki, müxalifət noyabrın 9-10-da İrəvanın mərkəzində genişmiqyaslı aksiyalara hazırlıq mesajını da hələ ötən həftədən səsləndirməkdədir.

Erməni deputatlar müzakirələri niyə bağlı qapılar arxasında aparmaq istəyir?

Ümumilikdə, qeyd etmək vacibdir ki, Azərbaycan-Ermənistan arasında sərhədlərin delimitasiyası isə, Paşinyanla müxalifət arasında hər zaman əsas gərginlik doğuran məsələlərdən biri kimi özünü göstərib. Ələxsus da, Koçaryan və Sarkisyanın blokları 20 iyun seçkilərindən öncə Paşinyana qarşı hər zaman bu məsələni ortaya ataraq reytinq qazanmaq məqsədi güdürdü. 
 

Xatırladaq ki, rəsmi Bakının da sərhədlərin delimitasiyası məsələsində İrəvana müəyyən qədər müddət verməsinin əsas səbəbi məhz bu amil idi. Belə ki, Azərbaycan tərəfi Ermənistanda hakimiyyət mübarizəsinin başa çatmasına və sabitliyin təmin olunmasına imkan verdi.


Doğrudur, həm vaxtdan indiyə kimi olan müddət ərzində Paşinyan öz iqtidarını xeyli möhkəmləndirməyi bacardı. Lakin “Qarabağ klanı”nın başçılıq etdiyi müxalifət regiondakı yeni siyasi reallıqlarla barışmaq niyyətindən xeyli uzaq mövqe nümayiş etdirməyə davam edir.
İndiki vəziyyətdə isə, görüşün bağlı qapılar arxasında keçirilməsinin birbaşa olaraq hakimiyyətə olan “Mənim addımım” siyasi fraksiyası tərəfindən ortaya atılması daha real görünür.

Bu ehtimalın irəli sürülməsinə imkan yaradan əsas səbəblər isə bunlardır:

1. Müxalif deputatlar sərhədlərin delimitasiyası məsələsinin müzakirəyə çıxarılmasını hələ avqustun ortalarından başlayaraq mütəmadi olaraq səsləndirirdilər. Bu səbəbdən də, hazırki regional və ölkədaxili situasiyanı nəzərə alaraq, məsələnin müzakirəyə çıxarılması zərurətini hiss edən iqtidar partiyası yalnız bağlı qapılar arxasında görüşün keçirilməsinə imkan yaradıb.

2. Müxalifətin sərt reaksiyasından yayınmaq. Belə ki, Paşinyan hökumətinə qarşı noyabrın 9-10-da İrəvanda keçirilməsi planlaşdırılan irimiqyaslı mitinqlər gözlənilir. Sərhədlərin delimitasiyası məsələsinə hökumətin isti yanaşdığını nəzərə aldıqda isə, bu mövqenin bütün ölkə qarşısında sərgilənməsi revanşist müxalifət üçün “kozır” rolunu oynaya bilər.

3. 27 oktyabr iclasında “Mənim şərəfim var” blokunun deputatları tərəfindən oxunuşa çıxarılan və Azərbaycanın Ermənistanın suveren ərazisinə “təcavüz etdiyi” iddiasının qeyd olunduğu qanun layihəsinin səsverməsində iqtidar partiyasının deputaları səsverməyə qatılmaqdan belə imtina ediblər. 
 

Ümumilikdə isə, həm erməni mətbuatında yayılan xəbərlər, həm də Ermənistan parlamentinin birdən-birə bağlı qapılar arxasında iclasa getməsini region üçün müsbət mesaj kimi qiymətləndirmək olar.


Görünən qədərilə dəqiq vaxt rəsmi olaraq açıqlanmasa da, yaxın dönəmlərdə həm sərhədlərin delimitasiyası, həm də regionda kommunikasiyaların bərpası məsələsinin ən yüksək səviyyədə müzakirəsi real görünür.

Bir sözlə, nə Ermənistan parlamentində məsələnin bağlı qapılar arxasında müzakirəyə çıxarılmasının, nə də erməni müxalifətinin revanşist aksiyalarının regionda müşahidə olunan normallaşma çağırışlarına hər hansı formada mənfi təsir göstərməsi inandırıcı görünmür.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO