Türkiyənin Naxçıvandakı baş konsulu təltif edildi - SƏRƏNCAM

Türkiyənin Naxçıvandakı baş konsulu təltif edildi - SƏRƏNCAM

Hazırda oxunan: Türkiyənin Naxçıvandakı baş konsulu təltif edildi - SƏRƏNCAM

43403

Türkiyənin Naxçıvan şəhərindəki baş konsulu “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” qızıl nişanı ilə təltif olunub.

Bizim.Media xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədri Vasif Talıbov sərəncam imzalayıb.

Sərəncama əsasən baş konsul Mehmet Emin Kiraz muxtar respublika ilə Türkiyə Respublikası arasında əməkdaşlıq əlaqələrinin inkişafındakı xidmətlərinə görə “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” qızıl nişanı ilə təltif olunub.

Qeyd edək ki, Mehmet Emin Kiraz 2019-ci ilin oktyabrında Türkiyənin Naxçıvan şəhərinə təyin edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO