Vətən Müharibəsinin 31-ci günü nələr baş verdi? - XRONİKA

Vətən Müharibəsinin 31-ci günü nələr baş verdi? - XRONİKA

Hazırda oxunan: Vətən Müharibəsinin 31-ci günü nələr baş verdi? - XRONİKA

43399

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

Bizim.Media Vətən müharibəsinin oktyabrın 27-nə aid olan xronikasını təqdim edir.

- Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəsmi “İnstagram” səhifəsində paylaşım edilib.

- Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı.

- Ermənistanın motoatıcı diviziyasının qərargah rəisi məhv edilib. Düşmənin məhv edilən hərbi texnikasının siyahısı açıqlanıb.

- Tərtər şəhəri və rayonun kəndləri atəşə tutulub.

- Azərbaycan ordusu cəmi bir ay ərzində 4 şəhər, 4 qəsəbə, 165 kənd azad edib.

- Goranboy, Tərtər və Bərdə rayonlarının əraziləri atəşə tutulub. Ermənistanın Bərdəyə raket atəşi nəticəsində ölənlərin sayı 4-ə çatıb. Bərdədə həlak olanlardan biri 8 yaşlı uşaqdır.

- Müdafiə Nazirliyi bildirir ki, ötən sutka ərzində düşmən humanitar atəşkəs rejimini dəfələrlə pozub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO