Qubada torpaq sürüşməsi - Proses hələ tam səngiməyib

Qubada torpaq sürüşməsi - Proses hələ tam səngiməyib

Hazırda oxunan: Qubada torpaq sürüşməsi - Proses hələ tam səngiməyib

43381

Monitorinqlərə cəlb edilmiş sürüşmə zonalarında ciddi dinamik dəyişiklik müşahidə olunmur.

Bizim.Media xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev deyib.

Onun sözlərinə görə, sadəcə bir müddət əvvəl Quba rayonunun Qırızdəhnə kəndində 50 hektara yaxın ərazidə sürüşmə olub. Proses hələ tam səngiməyib, aktiv fazadadır: 

"Bakı və Abşerondakı sürüşmə ərazilərində isə vəziyyət stabildir. Badamdar sürüşmə zonasında Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti qurumlar tərəfindən bərpa işləri davam etdirilir.

Cənub bölgəsində də lokal aktiv sahələr var. Onların əsas hissəsi yaşayış məskənlərindən kənarda olduğu üçün təhlükə doğurmur”. (Trend)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO