Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 25-də Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər.
Bizim.Media xəbər verir ki, rayon ictimaiyyətinin nümayəndələrini salamlayan Prezident İlham Əliyev onlarla söhbət edib.
MÖVZU İLƏ BAĞLI:
Ali Baş Komandan Qubadlıdakı yeni hərbi hissəni gəzdi - FOTO
“Mən bu gün Qubadlı rayon sakinlərini Qubadlıya dəvət etmişəm. Qubadlıya xoş gəlmisiniz. Bu gün Qubadlı rayonunun tarixində əlamətdar və tarixi bir gündür. Düz bir il bundan əvvəl müzəffər Azərbaycan Ordusu Qubadlını erməni işğalından azad etmişdir vəbundan sonra 25 oktyabr bizim tariximizdə əbədi Zəfər günü kimi qeyd ediləcək.
Bu münasibətlə sizi və bütün qubadlıları, bütün Azərbaycan xalqını ürəkdən təbrik etmək istəyirəm”, - deyə dövlət başçısı bildirib.
Bizim.Media