ABŞ və Kanadanın Türkiyədəki səfirlikləri rəsmi Ankaranın qanun və qaydalarına hörmət etmək, onun daxili işlərinə qarışmamaq niyyətlərini açıqlayıb. Bu, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Xarici İşlər Nazirliyinə 10 ölkə səfirinin persona non qrata elan ediləcəyi ilə bağlı göstəriş verməsindən sonra baş verib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiya ABŞ diplomatik missiyasının Twitter səhifəsində yayılıb.
"Amerika Birləşmiş Ştatları Vyana Konvensiyasının 41-ci maddəsinə sadiqdir". Mesajda belə deyilir. Eyni bəyanat Kanada səfirliyinin Twitter səhifəsində də yerləşdirilib.
Anadolu xəbər agentliyi yazır ki, Prezident Rəcəb Tayyib Ərdoğan ABŞ və Kanada da daxil olmaqla on səfirliyin Türkiyə qanunlarına hörmət etmək niyyətində olduqları haqda açıqlamalarını alqışlayıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
17:57 / 25.10.2021
ABŞ və Kanada geriyə addım atdı - “Türkiyənin daxili işlərinə qarışmayacağıq”
Hazırda oxunan: ABŞ və Kanada geriyə addım atdı - “Türkiyənin daxili işlərinə qarışmayacağıq”
Hazırda oxunan: ABŞ və Kanada geriyə addım atdı - “Türkiyənin daxili işlərinə qarışmayacağıq”
43193
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.